Azərbaycanın
Milli Qəhrəmanı Rövşən
Əbdülhüseyn oğlu Abdullayev​ 
  





Şəhidimiz Rövşən Əbdülhüseyn oğlu Abdullayev Lənkəran şəhər “kiçik bazar“ qəbristanlığında dəfn olunmuşdur.


Lənkəran şəhərində  keçmiş polis idarəsinin yanında büstü qoyulmusdur.

  Rövşən Abdullayevin yağlı boya ilə kətan üzərinə çəkilmiş rəsmi.  

 

Ümummilli Liderimiz mərhum Prezidentimiz Heydər Əliyevin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Rövşən Əbdülhüseyn oğlu Abdullayevə Azərbaycanın Milli Qəhrəmanı adı
verilmişdir.   


  Rövşən Əbdülhüseyn oğlu Abdullayev --- 16 yanvar 1969-cu ildə Lerik rayonunda anadan  olmuşdur. Rövşən 1973–cü ildə atasının işi ilə əlaqədar olaraq ailəlikcə Astara şəhərinə köçmüşlər. Rövşən Abdullayev Astara şəhəri 1 saylı orta məktəbində oxumuş və məktəbi əla qiymətlərlə bitirmişdir. Orta məktəbi bitirdikdən sonra sənədlərini Rusiya Federasiyası Leninqrad (indiki Sankt –Peterburq) şəhərində yerləşən SSRİ-Daxili İşlər Nazirliyinin “50 illiyi” adına Ali Hərbi Siyasi məktəbinə vermişdir. 1987-ci ildən 1991-il tarixinə kimi orada təhsil almışdır. Ali Hərbi Siyasi məktəbi əla qiymətlərlə bitirdikdən sonra təyinatla Rostov şəhər Daxili İşlər İdarəsinə Leytenant rütbəsində işə göndərilmişdir. O vaxtlar Qarabağda erməni separatçıları baş qaldırmışdılar. Ona görədə o, çox böyük təkidlə təyinatını Azərbaycan Respublikasına dəyişdirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən onu Daxili Qoşunların Biləcəri qəsəbəsində yerləşən “N“ saylı hərbi hissəsinə göndərmişlər.Rövşən Abdullayev həmin hərbi hissədə öz fəaliyyətini Rota komandirinin siyasi məsələlər üzrə müavini kimi başlamışdır.O vaxtlar artıq Qarabağda Azərbaycan ərazi bütövlüyümüz uğrunda şəhidlər verirdi. erməni işğalçıları Azərbaycanlılarin yaşadıqları kəndlərə hücumlar edir, dinc əhalini qoca, qadın və uşaqlara rəhm etmədən qırır, günahsız insanları öldürürdülər. Həmin rayonların və kəndlərin mühafizəsini Azərbaycan Respublikasının Polisləri və Daxili qoşunların əsgər və zabitləri həyata keçirirdilər. Azərbaycan Respublikasının Dağlıq Qarabağa bitişik rayonların da müdafiəsi ilə Daxili Qoşunlarin əsgər və zabit heyyəti məşğul idi. Zəngilan, Ağdam və Ağdərə rayonlarının müdafiəsi Rövşən Abdullayevin də daxil olduğu “N” sayli hərbi hissəsinə tapşırılmışdır.RövşənAbdullayevi Rota komandiri kimi Zəngilan rayonuna göndərmişdilər. Onlarin
Rotasi Zəngilan Rayonunun Qazançı kəndində yerləşirdi. Qazançı kəndi ermənistanın Qafan şəhəri ilə üz-üzə idi. Hər gün ermənilər Qafandan Zəngilanın kəndlərinə hücumlar edirdilər. Rövşən Abdullayevin komandirliyi ilə rota oraya yerləşdirildikdən sonra ermənilər hücum etməyə cəsarət etmirdilər. Hücum edəndə də igid və vətənpərvər zabitimizin başçılığı altında onqat cavablarını alırdılar. Rövşən Abdullayev çox mərd, torpağını, vətənini sevən döyüşkən və qorxmaz, dəfələrlə ölümlə üz-üzə gələn
komandir idi. O, hər zaman istər işində, istər idmanda, istər yarışlarda, istərdə döyüşdə birinci olmaq istəyirdi. O, orta məktəbdə və Ali Təhsil aldiğı müddətdə də həmişə birinci olmağa çalışırdı. Yaxşı idmançı idi və daima idmanla məşğul olurdu. O, döyüşdə də həmişə öndə getməyi xoşlayırdı. Həyatda olduğu kimi döyüşdə də, həmişə öndə olmaq istəyirdi və öndə gedərdi. Onun özü daima deyərdi: Komandir öndə getməlidir, əsgər onun arxasında. O, öz əsgərlərini öz doğmaları qədər istəyirdi, əsgərlərinin birinin də burnunun qanamasına belə razı olmazdı. Bütün çətin əməliyyatlara özü rəhbərlik edərdi. Odur ki əsgərləri arasında çox böyük hörmətə malik idi. Onun zabit heyyəti arasında da çoxlu dostları var idi. Onun erməni düşmənlərinə böyük nifrəti var idi. Qarabağda baş verənlərlə, azərbaycanlı həmvətənlərinə mənfur düşmənlərin törətdiyi qırğınlar, vəhşiliklər ilə heç cürə barışa bilmirdi. Daima Qarabağa- qızğın döyüş bölgələrinə can atırdı. O vaxtı onların hərbi hissəsində rus zabitləri var idi. Onların hərbi hissədən silahları çıxarmasına Rövşən ilə dostu Vidadi (o,da rota komandiri idi) mane olmuşdular. Rusların həmin hərbi hissədən texnikanın çıxarılmasının qarşısını almışdılar. O vaxtlar bunları etmək böyük cəsarat, ürək tələb edirdi. Rövşən orta məktəbdə oxuyanda idmana böyük həvəsi var idi. Əsasən güləş və karate ilə məşğul olurdu. Futbolu da yaxşı oynuyardı.
      O vaxtlar “SEVİNC “ kuboku uğrunda Respublikalarda məktəblilər arasında ümumi ittifaq futbol        yarışı keçirilirdi. Hər Respublikada məktəblilər arasında birinci yeri tutan komanda Leninqradda (Sankt- Peterburq) öz aralarında yarışırdılar. O illərdə Astara şəhər məktəbliləri Respublikada “Sevinc“ kubokunun qalibi olmuşdular. Rövşən Abdullayevdə o komandanın tərkibində  idi. Rusiyanın Leninqrad şəhərində Respublikamızı təmsil etmişdilər. O, İdmanla ciddi məşğul olurdu və böyük həvəsi var idi. Karate idman növünə də həvəsi böyük idi və ağır yük qaldırma ilə də məşğul olurdu.Rövşən Abdullayevin Astara şəhərində yaşadıqları ev xidməti ev idi. Böyük həyəti var idi. Evin yan tərəfində turnik qurdurub hərgün turnikdə dartınar və məktəb dostlarını ora gətirib öz aralarında yarışlar təşkil edirdilər. Balaca güləş meydançasıda düzəltdirmişdi. Ora qum tökdürmüşdü ki, orada dostları ilə məşq zamanı güləşəndə zədələnməsinlər. Rövşən Abdullayev çox qorxmaz qeyrətli mənfur düşməni, bütün Qafan şəhərini qorxu içində saxlayan müqayisə olunmaz dərəcədə vətənpərvər igid bir komandir idi. Rövşən Abdullayev Mehdi Hüseyinzadə, General Mehmandarov, Həzi Aslanov məktəbindən örnək alıb, son nəfəsinə kimi düşmənə meydan oxuyub vuruşub şəhidlik zirvəsinə ucalan bir qəhrəman idi. Rövşən Abdullayev kimi vətənpərvər elini, obasını, ölkəsini sevən vətən yolunda şəhid olmaqdan qürur duyan qəhrəman oğullarımız heç vaxt unudulmayacaq!      
Rövşən Abdullayevin komandirlik etdiyi tağım Zəngilanın ermənistanla sərhəd kəndlərini düşməndən qoruyan zaman ermənilər bir adım da bizim torpaqlara girə bilmirdilər. Döyüş yoldaşlarının deməsinə görə ermənilər onun başına külli miqdarda pul qoymuşdular. O, Qazançıda döyüşən müddətdə Qafan şəhərində olan ermənilər rahat yata bilmirdilər. ermənilərin Qazançı kəndinə hücumu da qəflətən olmuşdur. Rövşən Abdullayev həmin gün Zəngilan rayonu Şayıflı kəndinə əsgərləri üçün ərzaq və sursat gətirməyə getmişdir. ermənilər də Rövşən Abdullayevin Qazançı kəndində olmamasından istifadə edib, kəndə çox böyük qüvvə ilə hücuma keçmişdilər. Rövşən Abdullayev bunu eşidib tez kəndə qayıtmış və düşmənlə ölüm dirim savaşına başlamışdır. Düşmən bütün növ silahlardan qumbaraatanlardan, alazan və qrad mərmilərindən və iriçaplı güllələrdən istifadə etmişdir. Rövşən Abdullayev düşmənin çox böyük qüvvə ilə hücum etdiyini görüb əsgərlərinə meşəyə çəkilmələrini əmr etmiş, özü isə təkbaşına düşmənlə döyüşə atılmışdır. Düşmənin çoxlu sayda canlı qüvvəsini məhv etmiş, onları geriçəkilməyə məcbur etmiş, lakin bu döyüşdə özüdə qolundan və bud nahiyyəsindən ağır qəlpə yaraları almışdır. Döyüş səngidikdən sonra əsgərləri yaxınlaşdıqda komandirlərinin ağir yaralandığını görüb, onu Zəngilan rayon mərkəzi xəstəxanasına aparmağa cəhd etmişlər. Rövşən Abdullayev əsgərlərinə “onu yerə qoymalarını və anama-atama deyərsiz oğlunuz vətən uğrunda qəhrəmancasına döyüşüb, düşmənə baş əyməyib, başlarını dik tutsunlar!!!” Bu sözlərdən sonra gənc komandir gözlərini əbədi yummuşdur.Döyüş yoldaşları qeyd edirlər ki, bir insan yaralı vəziyyətdə bu qədər canlı düşmən ordusu ilə təkbaşına necə vuruşa bilər???. Bunu ancaq ürəyi vətən eşqi ilə vuran, düşmənə sonsuz nifrəti olan igid qorxmaz oğlanlar, qəhrəmanlar edə bilərdi. Rövşən Abdullayev 13 sentyabr 1992-ci il tarixində Lənkəran şəhər “kiçik bazar“ qəbristanlığında dəfn olunmuşdur. Lənkəran şəhərində  keçmiş polis idarəsinin yanında büstü qoyulmusdur. Doğulduğu Lerik rayonunda adına küçə və  mədəniyyət evi vardır.
Ümummilli Liderimiz mərhum Prezidentimiz Heydər Əliyevin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Rövşən Əbdülhüseyn oğlu Abdullayevə Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir. Rövşən Əbdülhüseyn oğlu Abdullayev Lerik rayonunda çox hörmətli bir ailədə anadan olmuşdur. Rövşənin atası Abdullayev Əbdülhüseyn Dövlət oğlu ömrünün 25 ilini polis sistemində işləmiş, polis rəisi vəzifəsində çalışmışdır. İctimai asayişin və qanunun keşiyində şərəflə, vicdanla və ləyaqətlə durmuşdur. İşlədiyi müddətdə xalqın, rayon camaatının hörmətini rəğbətini qazanmışdır. Hamı onu müdrik el ağsaqqalı kimi tanımışdır. Rövşən Abdullayevin ailəsi 4 qardaş və 3 bacidan ibarət olmuşdur. Böyük qardaşı Tofiq Abdullayev Elmi tədqiqat travmatologiya və ortopediya inustutunda işləyir. Həkim travmatoloqdur, tibb üzrə fəlsəfə doktorudur. Digər qardaşı Rafiq Abdullayev Polis Polvoknikidir. Uzun müddət Daxili İşlər Nazirliyində rəhbər vəzifələrdə işləmişdir. Hal hazırda təqaüddədir. Digər qardaşı Azad Abdullayev polis polkovnik-leytinantıdır. Ayrı-ayrı vaxtlarda Azərbaycan Respublikası DİN-nin nəzdində olan polis əməkdaşları tərkibində Azərbaycan Respublikasının torpaqlarının müdafiəsi uğrunda Cəbrayıl rayonunda mənfur düşmənə qarşı döyüşmüşdür. Bacıları işləmirlər, evdar qadındırlar.  Rövşən Abdullayev ailənin sonbeşiyi olub. O, ailənin ən istəkli övladı olub. O, ailənin sonbeşiyi olsada onu mərd igid, qorxmaz vətənpərvər insan kimi böyüdüblər. Rövşən çox qeyrətli, vətən torpaq təəssübü çəkən, vətən üçün canından, həyatından keçən əsl qəhrəman kimi böyüyüb. Vətən yolunda vuruşub düşmənə qarşı amansız olub, xeyli miqdarda düşməni məhv edərək şəhidlik zirvəsinə yüksəlib.  Rövşən Abdullayev kimi vətənin mərd oğulları heç vaxt ölmürlər. Daima ürəklərdə, qəlblərdə, tarix dərsliklərində, yaddaşlarda yaşayırlar və həmişədə yaşayacaqlar..
Əbəs yerə deyilmir şəhidlərimiz ölməzdir,vətənimiz bölünməzdir!           
       Azərbaycan mayası nur, qayəsi nur ki,   
        Hər daşından alov dilli ox ola bilər. 
      Azərbaycan deyiləndə ayağa  dur ki ,   
       Ana yurdum ürəyinə toxuna bilər!!!  
 Rövşən deyərdi: Ana və Vətən bunları heç vaxt heçnə ilə dəyişmək olmaz! Ananı nə qədər sevirsənsə, vətəni də o qədər sevməlisən. Vətən üçün, ana üçün ölümə getmək mərd kişinin-nər kişinin işidir.  
       Vətən  mənə oğul desə nə dərdim , 
       Mamır olub qayasında bitərdim          
       Bu torpaqsız harda, nə vaxt, nə dərdim    
       Xəzanımdir, xəzanımdır, xəzanım!       
 Bu şer Rövşənin dilindən düşməzdi. O, deyərdi mən oz vətənimi dogma Azərbaycanımı sonsuz məhəbbətlə sevirəm. Mənim müqəddəs borcum vətənə xidmət etməkdir. Vətənin hər qarış torpağına sinəmi sipər edib onu qorumaqdır. Vətən torpağına yağı düşmən təcavüz edən zaman da vətən  bizdən daha böyük hünərlər gözdüyur və mən bütün qanımla canımla onu qoruyacağam. Bu Rövşənin şüarı idi...    
       Vətən müqəddəsdir, vətən əzizdir!!! Vətən bağışlanılmır, satılmır və nəyəsə dəyişdirilmir!!!
O əbədi və əzəlidir!!! Onun göylərində bizim əcdadlarımızın ruhları dolaşır.Bu vətəni bizlərə əcdadlarımız ərməğan etmişlər. Əcdadlarimiz vətən uğrunda vuruşmuşlar, qan tökmüşlər, yağılardan, düşmən tapdağından qorumuşlar.
Vətən yalnız üstündə gəzmək, qayğısız ömür sürmək, sərvətlərindən bəhrələnmək üçün bir məkan deyildir. Biz bu vətəni sevməyə borcluyuq və lazım gələrsə onun uğrunda hər an canımızı qurban verməyə hazır olmalıyıq. Bu sozlər Rövşən Abdullayevin döyüş dostlarına və tabeliyində olan əsgərlərinə hər gün dediyi sözlər idi. O, vətəni belə sevirdi! Allah Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşüb şəhid olan bütün şəhidlərimizi və vətən övladlarımızı rəhmət etsin, məkanları cənnət olsun, ruhları şad olsun!!! 


Leninqradda Ali Hərbi Siyasi Məktəbi Qurtaran zaman 

Qarabağ müharibəsi 1992-ci illər.

 
 
 



 
Rövşən Abdullayev 1992-ci Qarabağda döyüş ərəfəsində.

Leninqrad Ali Hərbi Siyasi məktəb .

Daxili Qoşunların Biləcəri qəsəbəsində yerləşən “N“ saylı hərbi hissəsində ,döyüş yoldaşları ilə çəkilmiş  fotoşəkil.
Rövşən Abdullayev Qarabağda döyüş yoldaşı ilə


1991-il ildə  tarixinə Leninqradda (indiki Sank –Peterburq ) şəhərində. Ali
Hərbi Siyasi məktəbi bitirən zaman çəkilən fotoşəkil.Böyük qardaşı Tofiq Abdullayev də orada iştırak etmişdir.



 Abdullayev Azad Əbdülhüseyn oğlu.

Rövşənin uşaqliq şəkili.

Astara şəhər məktəbliləri Futboll üzrə Respublikada“Sevinc“ kubokunun qalibi olmuşdular.Rövşən də bu komandanin tərkibində idi.

а
Milli qəhrəman Rövşən Abdullayev haqqinda qardaşı Azad Abdullayevin xatirələri.

Azad deyir  : Mənim Rövşənlə aramzıda 2 yaş olmasina baxmayaraq biz həm dost həm  də qardaş idik .Çox mehriban idik ,bir yerdə yatar bir yerdə oynayardıq.Hər ikimiz Astarada orta məktəbi bitirmişik .Astarada yaşadığımız ev xidməti ev idi.Qonşuluğumuzda rayon partiya və  icra komitəsinin işçiləri üçün 2 mərtəbəli yaşayış evi var idi .Orada yaşayan uşaqlar hamısı bizim yaşıdlarımız idi.Mənim və Rövşənin sinif  yoldaşlarimizın bəziləri o binada yaşayırdı.Bir yerdə məktəbə gedər bir yerdə oynayardıq .Çox mehriban səmimi dostlarımız var idi ,heç vaxt dalaşmazdıq .Yay olanda həmişə dəniz qırağına gedər, orda futbol oynayar və sonrada dənizdə çimərdik.Bütün oyunlarımızın təşkilatçısı Rövşən olardı.O bizdən 2 yaş balaca olsada bizimlə bərabər güləşər , ağırlıq qaldırar,göstəriciləri bizdən  yaxşı olardı.İdmana böyük həvəsi var idi.Turnikdə hamıdan çox dartınardı.Onunla güləşməyə hec birimiz cəsarət etməzdik.Sağlam idmançı bədən quruluşuna malik idi.Mən kinoya baxmağa meyilli idim o isə idmanı çox sevərdi.Dərslərini hazırlayan kimi həyətə düşər ,ağırlıq  qaldırar, turnikdə dartinardı.Bir ara həvəskar fotoqraf kimi şəkil çəkərdi. Evin bir küncündə yer düzəldib şəkilləridə özü çıxarırdı .Yaxşı qarmonda çalırdı.Astarada mən musiqi məktəbində tara sinifinə  o isə qarmona gedirdi.Qarmonda və pianinoda yaxşı mahnılar ifa edirdi.Orta məktəbi bitirdikdən sonra mən Xalq Təsərüfatı inistutuna daxil oldum və əsgərliyə getdim.Rövşən məndən 1 il sonra orta  məktəbi bitirib Leninqrad (Sankt –Peterburq)Ali Hərbi Siyasi məktəbinə daxil oldu.Sonra mən əsgərliyi başa vurduqdan sonra polisə işə düzəldim.Rövşən ilə mən  ancaq o yay tətilinə gələndə görüşürdük.
Ali təhsilini  başa vurduqdan sonra Rövşən Bakıya qayıtdı,və Daxili Qoşunlarda işə düzəldi.İşi çox olurdu .Mən onunla ancaq Bakıya gələndə görüşə bilirdik.Ailəsini ,bacı-qardaşını çox sevərdi.Qardaşlarinin ,bacılarının balalarına sonsuz məhəbbəti var idi.Qarabağda müharibə gedəndə həmişə orada döyüşməyə can atardı.Ona  deyəndə ki qoy başqalarıda getsin vuruşsun ,xoşuna gəlməzdi.Rövşən deyərdi sən getmə,mən getməyim bəs vətən üçün,torpaq üçün kim vuruşsun!?Onda biz bir polis işçisi kimi Cəbrail rayonuna gedirdik.Cəbrayil rayonunun kəndlərinin mühafizəsi Lənkəran Polis İdarəsinə həvalə olunmuşdu.Növbə ilə ora gedirdik.Rövşən deyərdiki bu torpaq bizim vətənimizdi .Hamı bu torpağı qorumağa borcludur.Hansı vəzifə tutmağından asılı olmayaraq biz cəbhəyə getməli vətənimizi erməni qəsbkarlarından qorumalıyıq.Aramızda yaş fərqi olmasina baxmayaraq mənim  bütün məsləhətləşmələrim  onunla olurdu.Mən onu özümə dost ,qardaş,yoldaş hesab edirdim.Onunla özümü çox arxali hiss edirdim.Bütün məsələlərdə o,çox ədalətli idi.Qoxmaz və mərd idi.Cox böyük arzuları var idi.Mənim evlənməyimin təşəbbüskarı olub.O bir yerdə qərar tuta bilməzdi daim hərəktdə idi.Həmişə nə iləsə məşğul olmaq istəyərdi.O,şəhid olan gün mən Bakıya getmişdim .Onun cənazəsini rayona gətirəndən sonra mənə dedilər.Dünya başıma fırlandı,yer ayağımın altından qaçdı.Elə bildim belim sındı.Onun yoxluğu ilə heç cür barışa bilmirəm.Ona mənə qardaş yox həmidə yaxin dost sirdaş idi. 
Od ürəkli od nəfəsli diyarimsan
Ocağına canım qurban Azərbaycan.
Əzilsəndə əyilməyən vüqarımsan
Bucağına canım qurban Azərbaycan!
Biz Qarabağ müharibəsində Rövşən kimi çox qeyrətli oğullar itirdik.Yeganə təsəllimiz belə oğulların Rövşənlərin vətən yolunda şəhid olmasıdır.Vətən sağ olsun!Analar bu mərd oğulları vətəni qorumaq üçün dünyaya gətiriblər.Məmməd Araz yazırdı.
Nə yatmısan qoca vulkan səninləyəm.
Ayağa dur Azərbaycan səninləyəm.!
 Səndən qeyri biz hərşeyi bölə billik!
Səndən qeyri biz hamimiz ölə billik.!
İnsan üçün həyatda ən gözəl və ən doğma şəxs onu dünyaya gətirən anadır .Ana müqəddəsdir ona görə vətənə “Ana vətən” deyirik.Çünkü vətəndə ana qədər müqəddəsdir.Vətən bizim varlığımız fəxrimiz və qürurumuzdur Vətən uğrunda canın qurban verən şəhid olan qəhrəmanlar heç vaxt unudulmur.Azərbaycan qəhrəmanlar yurdu igidlər məskənidir .Bu torpaq Babək,Cavanşir,Koroğlu kimi ərənlər yetişdirib.Rövşən onlardan ilham alırdı.Rövşən düşmənlə kişi kimi ər oğlu ər kimi vuruşurdu və şəhidlik zirvəsinə yüksəldi.Döyüş yoldaşlarının deməsinə görə Rövşən axrıncı döyüşündə çoxlu sayda düşmənin canlı qüvvəsini məhv etmişdir.O avtomatn hər darağın düşmən əsgərinə boşaltdıqca ,güllələr hədəfi yaxaladıqca ,Koroğlu nərəsi çəkir ,yaralı qolu ilə tərini silərək ,yenidən tətiyi basırdı.Bu döyüşdə Rövşən çoxlu sayda düşmən məhv etdi.Çox çətin döyüşü tək başına axşama kimi aparıb.Axşam düşəndə döyüş yoldaşları meşədən çıxıb ona yaxınlaşanda Rövşən çoxlu qan itirmədən xeyli zəyifləmişdi.Döyüş yoldaşları onu Zəngilan rayon mərkəzi xəstəxanasına çatdıranda artıq Rövşən yolda keçinmişdi.Rövşən bu qələbə ilə öz canını qurban verdi .Ölümü ilə ölümsüzlüyə qovuşdu.Rövşən kimi qəhrəmanlar heç vaxt ölmürlər .Onlar  xalqımızın qəlbində əbədi yaşayacaq  və həmişə xatırlanacaqlar...

Rövşən Abdullayevin  qeyd kitabçasindan  öz əl yazmasi ilə.​





Rövşənin məqsədi və amali hələ tələbə olan gündən məlum idi.




 
 
 

Milli Qəhrəman Rövşən Abdullayevin Lənkəran şəhərində qoyulan büstünün açılışı zamanı,ailəsi və yaxinlari açılışda iştirak etmişdilər.